Türkiyə kubokunda yarımfinalçılar müəyyənləşdi

00:27 - 7 Aprel 2017

Türkiyə kubokunda bütün yarımfinalçıların adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 1/4 finalın son matçında "Konyaspor" I Liqada mübarizə aparan "Sivasspor"u qəbul edib. Qarşılaşma Super Liqa təmsilçisinin 3 - 2 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasındakı ilk oyunda qolsuz heç-heçə qeydə alındığı üçün "Konyaspor" yarımfinala yüksəlib.

 

Yarımfinala vəsiqə qazanan digər komandalar isə "Başakşəhər", "Fənərbaxça" və "Kasımpaşa"dı. Bu mərhələnin ilk oyunları 25,26,27 aprel, cavab matçları isə 16,17,18 may tarixlərində baş tutacaq.

 

Yarımfinal cütlükləri:

"Kasımpaşa" "Konyaspor"

"Başakşəhər" - "Fənərbaxça"

Xəbər xətti