Millimizin üzvü "Bursaspor"dan kənarda qaldı

11:33 - 7 Aprel 2017

Türkiyə Super Liqasında 27-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu doğma meydanında "Karabükspor"la qarşılaşacaq. Sözügedən qarşılaşmada Dəniz iştirak edə bilməyəcək. Buna səbəb forvardın dizindən zədələnməsi olub.

 

Millimizin üzvünü hansı müddətə sıradan çıxdığı məlum deyil.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Xəbər xətti