Dieqo Simeonenin oğluna qovuşması üçün 25 milyon avro tələb edildi

Dieqo Simeonenin çalışdırdığı "Atletiko" argentinalı mütəxəssisin oğlu Cobanni Simeone üçün "Cenoa"ya 18 milyon avroluq təklif göndərib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Məlumatda bildirilir ki, Seriya A təmsilçisi "Atletiko"nun 18 milyon avroluq təklifini rədd edib və Madrid klubunda 25 milyon avro tələb edib.

 

21 yaşlı hücumçu ilə "Vilyarreal" və "Sevilya" da maraqlanır.

 

Qeyd edək ki, mövsümün əvvəlində "River Pleyt"dən 5 milyon avro qarşılığında transfer edilən Simone 29 oyuna 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Tarix: 7 Aprel [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio