Konte agentinə əsəbiləşdi: "Arxamca kiminsə danışmasını sevmirəm"

14:44 - 7 Aprel 2017

“Çelsi”nin baş məşq məşqçisi Antonio Konte adının Milan “İnter”i ilə hallanmasına sərt şəkildə reaksiya verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin İtaliya mətbuatında “İnter”ə gedəcəyi bildirilirdi. Bu barədə onun agenti Federiko Pasterello məlumat vermişdi. Konte məsələ ilə bağlı belə danışıb:

 

“Açığı, qəzetlərin manşetində olmağı xoşlamıram. Federiko mənim dostumdu, onu çox istəyirəm, amma arxamca kiminsə danışmasını sevmirəm. Əgər kimsə mənim haqqımda nəsə bilmək istəyirsə, məndən soruşsun”.

 

47 yaşlı mütəxəssis çempionluq şanslarını da dəyərləndirib:

 

“Çempion olmaq üçün mübarizə aparırıq və bunu bacarmaq istəyirik. Bu hədəfə çatdıqdan sonra bərabər şəkildə uğurlar qazanacağıq”.

 

Qeyd edək ki, “Çelsi” Premyer Liqanın turnir cədvəlində 31 turdan sonra 72 xalla 1-ci pilləddir. London təmsilçisi ən yaxın izləyicisi “Tottenhem”i 7 xal qabaqlayır.

Xəbər xətti