Millimizə qol vuran futbolçuya göz dəydi

"Borussiya"nın futbolçusu Andre Şürrlenin Almaniya millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çəçivəsində Bakıda millimizə qarşı keçirilən matçda (1:4) zədələndiyi haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisinin baş məşqçisi Tomas Tuxel hücumçunun bir neçə turda da oynamayacağını bildirib. O, 26 yaşlı hücumçunun Azərbaycan millisi ilə qarşılaşmada aldığı zədə səbəbindən Bundesliqanın 27-ci turunda "Bavariya" ilə vacib matçda oynamayacağını söyləyib. Mütəxəssis Erik Durm və Marko Roysun da Münhen təmsilçisinə qarşı oynamayacağını söyləyib.


Qeyd edək ki, Şürrlenin 2 qol vurduğu oyun Almaniyanın milli komandamız üzərində 4 - 1 hesablı qələbəsi ilə başa çatmışdı.

Tarix: 7 Aprel [14:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2017
22  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio