Ruslan Abışov zədəsini sağaltdı

17:39 - 7 Aprel 2017

“Neftçi”nin kapitanı Ruslan Abışov zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, bir müddətdi zədəli olan yarımmüdafiəçi artıq bərpa prosesini başa vurub. Təcrübəli futbolçu Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz”lə səfər qarşılaşmasında komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, aprelin 9-da baş tutacaq “Kəpəz” – “Neftçi” matçı saat 16:00-da başlayacaq.

Xəbər xətti