Ştuttqart Bakıya rəqib oldu

13:05 - 8 Aprel 2017

Almaniyanın Ştuttqart şəhəri 2019-cu ildə Avropa Liqasının final oyununu keçirmək uğrunda mübarizə aparacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Almaniya Futbol İttifaqının rəsmi saytı yayıb.

 

Məlumatda bildirilir ki, Almaniyanın digər şəhəri – Frankfurt da final oyununu keçirmək uğurunda mübarizə aparmaq niyyətində imiş. Buna görə Almaniya Futbol İttifaqı Frankfurtda yerləşən “Kommersbank Arena” ilə Ştuttqartdakı “Mercedes-Benz Arena” arasında seçim edib. Nəticədə üstünlük ikinciyə verilib.

 

Xatırladaq ki, 2019-cu ilin Avropa Liqasının finalının mayın 29-də keçirilməsi planlaşdırılıb. Finalın hansı şəhərdə keçiriləcəyi sentyabr ayında bəlli olacaq. Namizəd şəhərlər arasında Bakı da var. 

Xəbər xətti