Ziya Əzizovun komandası qalib gəldi

13:24 - 8 Aprel 2017

Futbol üzrə Hollandiya birinci divizionunda 33-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" doğma meydanda "Maastrixt"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2 - 1 hesablı qələbə ilə ayrılıb. Ziya bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
 
Qeyd edək ki, "Den Boş" 33 turdan sonra 41 xalla 20 komanda arasında 13-cüdür.

Xəbər xətti