Məsut Özil: "Bir müddətlik bütün bu stressdən uzaqlaşmaq istərdim"

13:50 - 8 Aprel 2017

"Arsenal"ın futbolçusu Məsut Özil Madrid "Real"ında keçirdiyi günlər haqda danışıb.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü İspaniyada darıxdığını bildirib: "Real" çox böyük səhnədi. Amma bəzən özümü çox yalnız hiss edirdim. Məşqlərdən sonra evdə tək otururdum, ya da heyvanlar haqda sənədli filmlər izləyirdim"

 

Türk əsilli yarımmüdafiəçi futbolçu olmağın həm yaxşı, həm də pis tərəflərinin olduğunu deyib. O, futbolçu olduğu üçün özünə çox vaxt ayıra bilmədiyini söyləyib: "Bir birindən gözəl şəhərlərdə yaşayırıq, amma vaxtımızın çox hissəsi meydanlarda və otellərdə keçir. Özümə daha çox vaxt ayrıqmaq, kinoteatra getmək, bir müddətlik bütün bu stressdən uzaqlaşmaq istərdim".

Xəbər xətti