Reynaldo yoluxucu xəstəliyə tutuldu

15:10 - 8 Aprel 2017

"Qarabağ"ı "Adanaspor"a dəyişən Reynaldo yeni klubundan ayrı düşüb.

 

Sportal.az xəbər verir ki, buna braziliyalının xəstələnməsi səbəb olub. Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Belə ki, yoluxucu xəstəlik hesab olunan qripə yoluxan "sambaçı" bu səbəbdən komanda ilə birlikdə məşq edə bilmir.

 

Xəstələnən futbolçunun Super Liqanın növbəti turunda "Çaykur Rizəspor"a qarşı çıxış etməyəci gözlənilir.

 

Xatırladaq ki, sözügedən qarşılaşmanın start fiti 10 aprel,  Bakı vaxtı ilə 20:00-da səsləndiriləcək.

Xəbər xətti