“Neftçi”nin 2 futbolçusu “Kəpəz”ə qarşı oynamayacaq

18:32 - 8 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXV turunda "Kəpəz"in qonağı olacaq "Neftçi"nin heyətində itkilər var.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın 2 futbolçusu Gəncədə keçiriləcək matçda meydana çıxa bilməyəcək. Pavel Dreksa və Kiril Petrovun zədə səbəbindən "sarı-göylər"lə matçda meydanda olmayacağı dəqiqdir. 

 

Qeyd edək ki, aprelin 9-da keçiriləcək “Kəpəz” – “Neftçi” qarşılaşması saat 16:00-da başlayacaq.

Xəbər xətti