Eddi İsrafilova şans verilmədi

00:50 - 9 Aprel 2017

İspaniya ikinci liqasında 33-cü turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun formasını geydiyi “Kadis” öz meydanında “Luqo”nu qəbul edib. 

 

İsrafilovun əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izlədiyi matç 1:1 hesabı ilə yekunlaşıb. 

 

Qeyd edək ki, son 3 turda qələbəyə həsrət qalan Eddi İsrafilovun komandası hazırda 52 xalla dördüncü pillədə qərarlaşıb. 

Xəbər xətti