"Kəpəz" "Neftçi" ilə matça itkisiz çıxacaq

12:09 - 9 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək.

 

“Sarı-göylər” tarixi derbiyə hazırlığın əsas hissəni Bakıda keçirib. Ötən gün Nizami yurduna gələn komanda matç öncəsi son məşqinə görüşə ev sahibliyi edəcək arenada çıxıb. Hazırlıq prosesi təxminən 45 dəqiqə sürüb.
 
Məşq mətbuat və azarkeşlər üçün açıq olub. “Kəpəz”in heyətində zədəli və ya cəzalı futbolçu yoxdu.

Xəbər xətti