Ramil Şeydayev və Nazarovun növbəti sınağı

13:50 - 9 Aprel 2017

Azərbaycan millisinin futbolçuları Ramil Şeydayev və Dmitri Nazarov bu gün klublarında növbəti matçlarına çıxa bilərlər.

 

Sportal.az-ın xəbərinə görə, Şeydayevin komandası olan Slovakiya çempionatının lideri “Jilina” Trnavada “Spatak”ın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 17.20-də başlanacaq.

 

Dmitri Nazarovun çıxış etdiyi Almaniya ikinci bundesliqa təmsilçisi “Erzgebirge Aue” isə “Münhen 1860”ı qəbul edəcək. Bu görüş isə Bakı vaxtı ilə saat 15.30-da start götürəcək.

Xəbər xətti