"Qaradağ Lökbatan" 3-cü pilləni ələ keçirdi, "Şəmkir"dən qələbə

18:25 - 9 Aprel 2017

Azərbaycan I Divizionunda XXIII tura bu gün yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Premyer Liqaya iddialı "Qaradağ Lökbatan" evdə son pillənin sahibi "Bakılı"nı darmadağın edib. Komandanın qollarından yarısını het-trik edən futbolçusu Rüfət Məmmədov vurub. "Qaradağ Lökbatan" bu qələbə sayəsində turnir cədvəlində 3 pillə irəliləyərək 3-cü pilləni ələ keçib.

 

Qazaxda keçirilən Qərb derbisində isə "Şəmkir" "Göyəzən"i futbolçusu Qeyrət Qənbərovun dublu ilə 2:0 hesabı ilə məğlub edib.

 

“Qaradağ Lökbatan” - “Bakılı” - 6:1

Qollar: Məhəmməd Bədəlbəyli, 40, 44 (p.); Elvin İsmayılov, 40; Rüfət Məmmədov, 68, 80 (p.), 90 - Əbülfəz Hacıyev, 78

 

“Göyəzən” - “Şəmkir” - 0:2
Qollar:
Qeyrət Qənbərov, 42, 82

Xəbər xətti