Millimizin üzvü ilə azarkeşlər arasında qalmaqal - restoranda

11:05 - 10 Aprel 2017

Millimizin üzvü Dəniz Yılmaz Türkiyədə problemlə üzləşib.

 

Sportal.az xəbər verir ki, “Bursaspor”un futbolçusu növbəti dəfə azarkeşlərlə insident yaşayıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, son zamanlar “Bursaspor” azarkeşlərinin tənqid hədəfinə çevrilən hücumçu Super Liqanın XXVII turunda “Karabükspor”la matçı məhz azarkeşlərə görə buraxıb.

 

Öncə futbolçunun zədəyə görə, “Karabükspor”la matçı buraxacağı açıqlansa da, əsl səbəb başqa imiş. Belə ki, matçdan bir gün öncə ailəsi ilə birlikdə restoranda nahar edən hücumçuorda olan bursalıların sərt tənqidi ilə üzləşib. Məhz bu hadisədən sonra həvəsdən düşən Yılmaz baş məşqçi Mutlu Topçudan qarşılaşmanın “18-liy”inə salınmamasını xahiş edib.

 

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm “Bursaspor”un heyətində 4 qol vurub. 

Xəbər xətti