"Valensiya" Zazayla bağlı qərar verdi RƏSMİ

14:49 - 10 Aprel 2017

"Valensiya" qış transfer pəncərəsində "Yuventus"dan icarəyə götürdüyü Simone Zazayla bağlı yekun qərarını verib.

 

Sportal.az xəbər verir ki, "yarasalar" futbolçunu birdəfəlik transfer ediblər. "Valensiya" İtaliya millisinin üzvünə görə "Yuventus"a 20 milyon avro ödəyib. Forvardla 2021-ci ilə qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Zaza mövsmün ilk yarısını "Vest Hem"də icarə əsasında keçirmişdi. Yanvar ayında isə "Yuventus" futbolçunu "Valensiya"ya icarə vermişdi.

 

25 yaşlı futbolçu La Liqada keçirdiyi 14 oyunda 4 qol vurub.

Xəbər xətti