"İnter" bürünc medalları təmin etdi

17:01 - 10 Aprel 2017

Azərbaycan Premyer Liqasında ilk 3 pillənin sahibi məlum olub.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" və "Qəbələ"nin ardından "İnter"in də mövsümün sonunda mükafatçılar sırasında olacağı dəqiqləşib.

 

Premyer Liqanın 25-ci turunda "Zirə"yə uduzmayan "İnter" ən azı bürünc medalı təmin edib. Xallarının sayını 43-ə çatdıran Zaur Svanadzenin yetirmələri sona üç tur qalmış ən yaxın izləyicisi olan "Zirə"ni 11 xal qabaqlayır.

Xəbər xətti