"Beşiktaş"da ciddi itki: "Lion"a qarşı oynamayacaq

17:30 - 11 Aprel 2017

Avropa Liqasının 1/4 finalında "Lion"la qarşılaşacaq "Beşiktaş"a portuqaliyalı futbolçusu Rikardo Kuarejmada pis xəbər gəlib.

 

Sportal.az xəbər verir ki, Super Liqanın 27-ci turunda "Tranzonspor"la matçın (4:3) 34-cü dəqiqəsində zədələnərək meydanı tərk edən yarımmüdafiəçinin müalicəsi davam edir. Əzələsində problem olan futbolçunun "Lion"la oyunda komandasına kömək edə bilməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, "Lion" - "Beşiktaş" qarşılaşması 13 aprel tarixində Bakı vaxtilə 23:05-də baş tutacaq.

Xəbər xətti