Di Mariya: "PSJ forması ilə Çempionlar Liqasını qazanmaq istəyirəm"

18:50 - 11 Aprel 2017

PSJ-nin futbolçusu Anxel Di Mariya komanda yoldaşları Verratti və Markinyosun klubdan ayrılacağı barədə yayılan xəbərlərlə bağlı açıqlamalar verib.


Sportal.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi onların komandadan göndərilməsinin düzgün addım olmadığını bildirib:

 

“PSJ forması ilə Çempionlar Liqasını qazanmaq istəyirəm. Ümid edirəm, gələn mövsüm buna nail olacağıq. İnanmıram ki, rəhbərlik Verratti və Markinyosun komandadan göndərilməsinə icazə versin. Hər ikisi yüksək səviyyədə oynayır. Gəncdilər və daha yaxşı ola bilərlər. Onların komandadan göndərilməsi dəlilik olar".

Xəbər xətti