Millimiz Makedoniyaya məğlub oldu

20:18 - 11 Aprel 2017

Bakıda təlim-məşq toplanışı keçən 19 yaşadək futbolçulardan ibarət  milli komandamız ilk yoxlama görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki,  Təbriz Həsənovun komandası  Makedoniya ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun qonaqların 1 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, komandalar aprelin 13-də növbəti dəfə üz-üzə gələcəklər.

Xəbər xətti