Pepe: “Son ana qədər “Real”dan təklif gözləyəcəm”

01:04 - 12 Aprel 2017

“Klubdakı gələcək taleyim haqda heç nə deyə bilmərəm. Hansı addımı atacağım hələ dəqiqləşməyib”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Madrid “Real”ının futbolçusu Pepeyə məxsusdur.

 

İspaniya mətbuatına açıqlama verən təcrübəli futbolçu klubdakı gələcək taleyi haqda danışıb. O, mövsümün sonunda yekun qərar verəcəyini deyib: “İyul ayında müqaviləm başa çatır. Bundan sonra necə olacağını Tanrı bilir. Dediyim kimi, son ana qədər “Real”dan yeni müqavilə təklifi gözləyəcəyəm və burada qalmaq üçün bütün fədakarlıqlara hazıram”.

 

Pepe “Real”da oynadığı üçün qürur duyduğunu deyib: “Burada olduğum üçün özümlə fəxr edirəm. “Real” formasında çıxdığı bütün oyunlarda meydanda can qoymuşam”.

 

“Atletiko” ilə oyunda zədə alan futbolçuson durumundan danışıb: “Mövsümün sonuna qədər bütün kuboklar üçün mübarizə aparacağıq. Komandaya kömək edə bilmək üçün çox çalışacam. Çünki komandamın mənə ehtiyacı var”. 

Xəbər xətti