Millimiz Macarıstanı 6 qolla məğlub etdi VİDEO

11:10 - 12 Aprel 2017

AÇ-2018-in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi bu gün qrupdakı son matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, yığmamızın son rəqibi əsas izləyicisi Macarıstan olub. Görüş komandamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.
 
Xatırladaq ki, mübarizənin getdiyi 7 qrupda ilk yerin sahibləri birbaşa həlledici mərhələyə yollanır. 
 
Qruplarda 2-ci yeri tutanlarla 3-cü pillənin sahibləri arasında ən yaxşı nəticəyə malik olan pley-offun iştirakçısı olaraq daha 4 vəsiqənin sahinini müəyyənləşdirəcək.  
 
Qeyd edək ki, millimiz ilk matçda Bosniya və Herseqovinanı 5:4, ikinci qarşılaşmada isə Albaniyaya 5:0 hesabı ilə qalib gəlib.
 
AÇ-2018-in seçmə mərhələsi
B qrupu, 3-cü tur

 
Macarıstan - Azərbaycan - 1:6
Qollar:
Rövşən Hüseynli, 01:16-avtoqol (1:0), Bolinya, 11:16 (1:1), Eduardo, 16:52 (1:2), Fineo, 21:03 (1:3), 33:13 (1:4), Xətai Bağırov, 24:12 (1:5), İsa Atayev, 35:08 (1:6)

 

Xəbər xətti