Niyə Lənkəran yox, Naxçıvan stadionu? FOTOLAR

Xəbər verdiyimiz kimi, mayın 5-də baş tutacaq Azərbaycan kubokunun finalı Naxçıvan şəhər stadionunda keçiriləcək.

 

Sportal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Qarabağ” və “Qəbələ” arasında baş tutacaq oyunun Naxçıvan Muxtar Respublikasına salınması hər iki komandanın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb. 

 

Yol xərcini və ölkə srəhədlərini tərk edərək, İran ərazisindən keçib getmək üçün pasportun lazım olmasını əsas gətirən tərəfdarlar qarşılaşmanın yerinin dəyişdirilməsini istəyirlər. 

 

Komandaların fanatları matçın Lənkəran şəhər stadionunda keçirilməsini tələb ediblər. 

 

PFL prezidenti Ramin Musayev isə qarşılaşmanın yerinin dəyişdirilməyəcəyini bildirib. O, həmçinin qeyd edib ki, Lənkəran Şəhər Mərkəzi Stadionunun ot örtüyü Naxçıvandakı arena ilə müqayisədə çox bərbaddır. Bunu nəzərə alaraq, hər iki stadionun görüntülərini sizə çatdırırıq:

 

Tarix: 12 Aprel [12:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2017
25  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio