"Dmitri Nazarovla fəxr edirəm"

Millimizin üzvü Dmitri Nazarov qış fasiləsindən sonra "Aue"nin sərgilədiyi oyunu ilə diqqətləri öz üzərinə çəkir. 

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2-ci Bundesliqada 7 qol vurub və bu qolların 6-sını penalti zərbəsi ilə rəqib qapısından keçirib.

 

Nazarov bu göstərici ilə "Aue"nin əfsanəvi futbolçusu Erler Holqerin rekorduna yaxınlaşıb. Holqer 1980/81-ci il mövsümündə 7 penaltinin hamısını dəqiqliklə yerinə yetirib.

 

Məsələ ilə bağlı açıqlama verən Erlər Holqer Dima ilə qürur duyduğunu bildirib:

 

"Mən Nazarovla fəxr edirəm. O, hər şeyi əla edir. Dmitri penalti vuran zamanı qapıçılar çıxılmaz vəziyyətdə qalır".

Tarix: 12 Aprel [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2017
23  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio