Levandovski "Real"a transfer olacaq? - "Bavariya" rəsmisindən açıqlama

15:51 - 12 Aprel 2017

"Bavariya"nın prezidenti Karl-Haynts Rummenigge adı Madrid "Real"ı ilə hallanan Robert Levandovski ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi "Real"ın polşalı hücumçunun transferi üçün müraciət etməyəciyini söyləyib:

 

"Robert Levandovski "Real"a? Florentino Peres bizə qarşı hörmətli adamdı. Nələrin mümkün olub-olmadığını da çox gözəl bilir. "Real" Levandovski üçün bizə müraciət etməyəcək. Biz heyətimizdə qalmasını istədiyimiz futbolçuları pula görə göndərə bilmərik. "Real" da böyük klubdu. Bir zamanlar biz Toni Kroosu "Real", onlar da Xabi Alonsonu bizə satdılar. Hər iki tərəf bu transferdən məmnun qalmışdı".

 

Qeyd edək ki, Levandovski 2014-cü ildən Münhen klubunda çıxış edir.

Xəbər xətti