Danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırıldı

18:15 - 12 Aprel 2017

İtaliyanın "Cenoa" klubunun futbolçusu Armando İtso 1,5 il müddətinə futboldan kənarlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, səbəb 25 yaşlı müdafiəçinin danışılmış oyunlarda iştirak etməsidir. Martın əvvəllərində İtaliya Futbol Federasiyasının B Seriyasında çıxış edən "Avellino"un danışılmış oyunlarda mümkün iştirakını araşdırdığına dair xəbərlər yayılıb.

 

Ötən ilin mayında isə bu komandanın 2013-2014 mövsümündə "Modena" (0:1) və "Recina" (3:0) ilə görüşləri şübhəli oyunlar siyahısına düşüb. Həmin vaxt "Avellino"da çıxış etmiş İtso lazımi nəticələrin təşkilində ittiham olunub.

Xəbər xətti