Xəsarət alan futbolçu danışdı: "Çox yaxşı durumdayam"

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutmalı olan “Borussiya” - “Monako” oyunundan öncə matçın keriləcəyi Dortmund şəhərində partlayışın baş verməsi barədə məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, hadisə nəticəsində Almaniya klubunun müdafiəçisi Mark xəsarət almışdı. İspan futbolçu baş verən hadisə haqqında öz "instagram" hesabından açıqlama verib:

 

"Gördüyünüz kimi çox yaxşı durumdayam. Hər kəsə verdikləri dəstək və göndərdikləri mesajlar üçün təşəkkür edirəm. Bu gecə bütün gücümlə komanda yoldaşlarımın və azarkeşlərimin yanında olacağam"

 

Qeyd edək ki, "Borussiya" - "Monako" qarşılaşması bu gecə Bakı vaxtilə saat 20:45-də start götürəcək.

Tarix: 12 Aprel [18:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 İyul 2017
25  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio