İdman dünyasında baş vermiş terror hadisələri FOTOLAR

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində aprelin 11-də baş tutmalı olan “Borussiya” – “Monako” matçı Dortmund təmsilçisinin avtobusunun yanında baş vermiş terror partlayışlarına görə təxirə salınmışdı. Partlayış zamanı “Borussiya”nın futbolçusu Mark Bartra xəsarət almışdı.

 

Sportal.az xəbər verir ki, bu hadisə ağıllara idman dünyasında buna oxşar bəzi hadisələri gətirib.

 

İngiltərədə keçirilən 1996-cı il Avropa çempionatında İrlandiya Respublikasının ordusu tərəfindən Mançesterin mərkəzinə bombalı hücum edilmişdi. Hücum nəticəsində 200 nəfər yaralanmışdı. Rusiya – Almaniya matçı isə təxirə salınmışdı.

 

Image result for england 1996 manchester terrror

 

1996-ci il Atlanta Olimpiya Oyunlarında amerika vətəndaşı olan bir terrorist bombalı hücum həyata keçirmişdi. Hadisə zamanı 2 nəfər həlak olmuşdu ki, onlardan da biri TRT kanalının əməkdaşı Melih Uzunyol olub. Uzunyol hadisəni işıqlandıran zaman ürək çatışmazlığından dünyasını dəyişmişdi.

 

Image result for 1996 atlanta terrorist attack

 

2002-ci ildə Çempionlar Liqasında üz-üzə gələn 2 əzəli rəqib – “Real” və “Barselona” matçından öncə oyunun keçiriləcəyi “Santiaqo Bernabeu” satdionun yaxınlığında partlayış baş vermişdi. Hadisə zamanı 17 nəfər yaralanmışdı.

 

 

2010-cu ildə keçirilən Afrika Millətlər Kuboku zamanı Toqo yığmasının avtobusu silahlı hücuma məruz qalmışdı. Hücum zamanı avtobusun sürücüsü, mətbuat xidmətinin rəhbəri və yığmanın məşqçilərindən biri dünyasını dəyişmişdi. Hadisədən sonra Toqonun hücumçusu Emmanuel adebayor turnirə qatılmaqdan imtina etmişdi.

 

Related image

 

2016-cı ildə Avropa Çempionatından öncə keçirilən Fransa – Almaniya yoldaşlıq oyununda “Stad de Frans" stadionun yaxınlığında 3 bomba partlayışı həyata keçirilmişdi. Bütün dünyanı şoka salan hadisə zamanı 137 insan həlak olmuşdu, 415 nəfər isə yaralanmışdı.

 

Image result for 2016 germany france stade france

 

2016-cı ilin dekabr ayında Türkiyə Super Liqasında üz-üzə gələn “Beşiktaş” – “Bursaspor” matçı bitən kimi “Vodafone Arena”nın yaxınlığında terror partlayışları baş verdi. Terror hücumu nəticəsində 38 nəfər həlak olmuş və 166 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 

 

Image result for 2016 beşiktaş bursaspor terror

Tarix: 13 Aprel [12:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2017
25  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio