Millimiz Makedoniyaya qarşı

12:15 - 13 Aprel 2017

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, rəqib ikinci dəfə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası olacaq. “Dalğa Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə Makedoniya millisi 1:0 hesabı ilə qələbə qazanıb.

 

13 aprel

Yoldaşlıq oyunu

 

17:00. Azərbaycan - Makedoniya
Hakimlər:
Ziya Nəsirov, Mübariz Haşımov, Zeynal Zeynalov, Emin Nağıbəyov

Xəbər xətti