Didye Droqbanın yeni klubu məlum oldu

14:14 - 13 Aprel 2017

Didye Droqbanın yeni klubunun adına rəsmən aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, kot-d-ivuarlı ulduz karyerasını ABŞ-ın "Feniks Risinq" klubunda davam etdirəcək. Bu klub Şimali Amerika liqasının ikinci dəstəsində çıxış edir. 39 yaşlı Droqba yeni klubunda "Çelsi"də birlikdə oynadığı ingilis futbolçu Şon Rayt Filipslə birlikdə top qovacaq.

 

Bundan əlavə, ABŞ mətbuatına açıqlama verən 38 yaşlı hücumçu eyni zamanda "Feniks Risinq" klubunun sahibləri ilə ortaq olacağını bildirib.

 

Qeyd edək ki, Fransada "Le Man" və "Qenqam" klublarında çıxış etmiş Droqba 2004-cü ildə "Marsel"dən "Çelsi"yə 38,5 milyon avroya transfer olunub. O, sonrakı illərdə Çinin "Şanxay Şenhua", Türkiyənin "Qalatasaray" və ABŞ-ın "Montreal İmpakt" klublarında çıxış edib.

Xəbər xətti