Dibala "Yuventus"la yeni müqavilə imzaladı

14:49 - 13 Aprel 2017

“Yuventus” futbolçusu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb.

 

Sportal.az xəbər verir ki, ulduz oyunçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb. Argentinalı hücumçu illik 7 milyon avro maaş alacaq. Bu isə o deməkdi ki, Dibala Turin klubunda ən yüksək ödənişli ikinci futbolçu olacaq. Qonsalo İquain birinci illik 7,5 milyon avro ilə ilk pillədədir.

 

Xatırladaq ki, Dibala 33,7 milyon avro qarşılığında 2015-ci ildə “Palermo”dan transfer olunub.

Xəbər xətti