"Turan Tovuz" Premyer Liqaya vəsiqəni təmin etdi

17:30 - 13 Aprel 2017

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 24-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. 

 

Turan Tovuz” öz meydanında MOİK-ə qalib gəlməklə (1:0) Premyer Liqaya vəsiqə qazanıb. Hazırda lider olan Əsgər Abdullayevin komandası sona iki tur qalmış ən azı ilk iki yeri özü üçün təmin edib.

 

Tovuz təmsilçisi Premyer Liqada oynamaq üçün tələb olunan lisenziyanı alsa, yeni mövsümdən elitaya qayıdacaq.

 

Turan Tovuz - MOİK 1:0

Qollar: Rəhman Musayev, 90+2.

 

Mil-Muğan - Qaradağ Lökbatan 2:4

Qollar: Raul Yaqubzadə, 69. Mübarək Şahquliyev, 81-avtoqol - Mübarək Şahquliyev, 21. Sabir Allahquliyev, 32. Elgiz Kərimli, 43. Rüfət Məmmədov, 64.

Xəbər xətti