Sabiq "Xəzər Lənkəran"lı Türkiyə klubundan qovuldu

18:55 - 13 Aprel 2017

Türkiyənin "Qaziantepp BB" klubunda baş məşqçi dəyişikliyi reallaşıb. 

 

Sportal.az xəbər verir ki, PTT  I liqa təmsilçisinin rəhbərliyi baş məşqçi Oğuz Çətini istefaya göndərib. Onun qovulmasına komandanın uğursuz çıxışı səbəb olub.

 

Artıq Antep təmsilçisinin yeni baş məşqçisinin adı da bəllidir. Komanda Hüseyin Kalpara tapşırılıb ki, onun məqsədi klubu aşağı liqaya düşməkdən xilas etmək olacaq.

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi olan Çətin bu ilin fevral ayında "Qaziantepp BB"nin "sükanı arxası"na keçmişdi.

Xəbər xətti