"Lion" - "Beşiktaş" matçında qalmaqal: azarkeşlər meydana girdi

23:06 - 13 Aprel 2017

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Beşiktaş” “Lion”la qarşılaşır.

 

Sportal.az xəbər verir ki, matçdan əvvəl iki komandanın azarkeşləri arasında insident yaşanıb. Belə ki, hələ oyununun başlamağına dəqiqələr qalmış azarkeşlər əvvəlcə sözlü atışmağa, ardınca isə fiziki münaqişəyə başlayıblar.

 

Azarkeşlər hətta meydançaya da daxil olublar. 

 

Qeyd edək ki, “Lion” – “Beşiktaş” matçı saat 23:05-də başlamalı olsa da, hadisələr səbəbindən gecikir.

Xəbər xətti