Peres 100-cü qola görə Ronaldoya hədiyyə verdi

00:45 - 14 Aprel 2017

“Real”ın prezidenti Florentino Peres komadanın hücumçusu Kriştiano Ronaldoya Çempionlar Liqasında vurduğu 100-cü qol münasibətilə hədiyyə verib.

 

Sportal.az xəbər verir ki, klub prezdenti portuqaliyalı hücumçunu qitənin ən nüfuzlu klub turnirində vurduğu 100-cü qol münasibətilə “Real”ın 100 nömrəli formasıyla mükafatlandırıb.

 

Ronaldo İspaniyanın “Marka” nəşrinə açıqlamasında bunun onun üçün şərəf olduğunu deyib:

 

“Çempionlar Liqasında qol vurmağa başlayanda, rekord barədə düşünməmişdim. Bu, mənim üçün böyük şərəf idi. Buna nail olmaq çox çətin idi. Çox xoşbəxtəm”.

 

Xatırladaq ki, Ronaldo Çempionlar Liqasında 100 qol həddinə çatan ilk oyunçudu. O, bu rekorda “Bavariya” ilə səfər oyununda (2:1) dubla imza ataraq nail olub.

Xəbər xətti