İbrahimoviç: “Mən meydana çıxanda Avropa Liqası Çempionlar Liqasına çevrilir”

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

 

Sportal.az xəbər verir ki, isveçli hücumçu özünəməxsus fikri ilə ənənəsinə sadiq qalıb. Avropa Liqasının nüfuzuna toxunan İbrahimoviç turnirin səviyyəsinin aşağı olmadığını bildirib. İbrahimoviç 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Anderlext”lə keçirilmiş matçdan (1:1) sonra qeyd edib ki, onun iştirakı Avropa Liqasının nüfuzunu yüksəldir:

 

“Mən meydana çıxanda Avropa Liqası Çempionlar Liqasına çevrilir. Turnirin nüfuzunu qaldırıram”.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç “Mançester Yunayted”in heyətində Avropa Liqasının cari mövsümündə 5 qola imza atıb. 

Tarix: 14 Aprel [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio