Kamran istirahətdə, Emin oynayacaq?

12:55 - 14 Aprel 2017

Bu gün Portuqaliya Premyer Liqasında 29-cu tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” evdə “Pasuş Fereyra” ilə qarşılaşacaq.

 

Mövsümün sonunda Portu təmsilçisindən ayrılacağını açıqlayan Kamran Ağayev bu oyunda da kənarda qalacaq. Emin Mahmudovun isə iştirakı gözlənilir.

 

Qeyd edək ki, sözügedən matç 19:00-da start götürəcək.

Xəbər xətti