Millimizin Makedoniya üzərindəki qələbəsi VIDEO

15:15 - 14 Aprel 2017

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dünən növbəti yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, rəqib ikinci dəfə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası olub. Qarşılaşma millimizin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Doğukan Öksüz vurub.
 
Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə Makedoniya millisi 1:0 hesabı ilə qələbə qazanıb.
 
Yoldaşlıq oyunu

 

Azərbaycan - Makedoniya - 1:0
Qol:
Doğukan Öksüz

 

Xəbər xətti