"Turan Tovuz"u Premyer Liqaya yüksəldən qələbə VİDEO

15:53 - 14 Aprel 2017

Azərbaycan 1-ci divizionunda 24-cü tura start verilib.
 
Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. Turan Tovuz” öz meydanında MOİK-ə qalib gəlməklə (1:0) Premyer Liqaya vəsiqə qazanıb. Hazırda lider olan Əsgər Abdullayevin komandası sona iki tur qalmış ən azı ilk iki yeri özü üçün təmin edib.
 
Tovuz təmsilçisi Premyer Liqada oynamaq üçün tələb olunan lisenziyanı alsa, yeni mövsümdən elitaya qayıdacaq.
 
Turan Tovuz - MOİK 1:0
Qollar:
Rəhman Musayev, 90+2.

 

Xəbər xətti