Mart ayının ən gözəl qolunun müəllifi mükafatlandırıldı

16:26 - 14 Aprel 2017

Birinci Divizionda mart ayında vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı (“Səbail”) mükafatlandırılıb.

 

Sportal.az xəbər verir ki, gənc oyunçu mükafatına hazırda davam edən “Zaqatala” - “Səbail” oyunundan  öncə qovuşub.  Qurbanlıya mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.

 

Qeyd edək ki, Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası ilə yanaşı I Divizionun işıqlandırılmasına da xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, sözügedən matça jurnalistlərin səfəri də təşkil olunub.  

Xəbər xətti