Cüneyt Çakır Səudiyyə Ərəbistanına yollanır

17:25 - 14 Aprel 2017

Türkiyənin ən öndə gedən futbol hakimlərindən olan Cüneyt Çakır Səudiyyə Ərəbistanına yollanacaq.

 

Sportal.az xəbər verir ki, təcrübəli referi Pro Liqanın 23-cü turu çərçivəsində keçiriləcək "Əl Hilal" - "Əl-Əhli" matçını idarə edəcək.

 

Bu barədə məlumatı Türkiyə Futbol Federasiysının rəsmi saytı yayıb.

 

Qeyd edək ki, bu, Cüneyt Çakıra göstərilən ilk etimad deyil. O, daha əvvəl də sözügedən ölkənin çempionat oyunlarında fit çalıb.

Xəbər xətti