"Bakı"nın sabiq baş məşqçisi: "Aşağı liqalarda bombardir olanlar diqqətdən kənarda qalıblar"

17:33 - 14 Aprel 2017

Türkiyə Peşəkar Futbolçular Dərnəyi ölkənin aşağı liqalarında bombardir olan futbolçulara “qızıl top” mükafatı verəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə dərnəyin rəhbəri Bülənt Qorxmaz Türkiyə mətbuatına açıqlamasında məlumat verib. O, bu cür mükafatların maddidən çox, mənəvi dəyəri olduğunu deyib:

 

“Türkiyədə ilk dəfə 4 aşağı peşəkar liqanın bombardirinə “qızıl top” mükafatı verəcəyik. Bu mövsümdən etibarən, hər il oynadığı çempionatda fərqlənən futbolçulara bu mükafatı təqdim edəcəyik. Bombardirlər komandanın uğurlarında əsas pay sahibi olan oyunçulardı. Bu günə qədər əsasən, aşağı liqalarda bombardir olanlar diqqətdən kənarda qalıblar. Çox gözəl, anlamlı mükafat olacaq. Biz futbolçu olanda müxtəlif qəzetlərin bu cür mükafatları var idi. Həmin mükafatlar hələ də evimdədi. İşin mənəvi tərəfinə əhəmiyyət verən biriyəm. Bu cür mükafatların əsasən, aşağı liqalarda top qovan oyunçulara yüksək motivasiya verəcəyi fikrindəyəm”.

 

Xatırladaq ki, Bülənt Qorxmaz 2009/10 mövsümündə “Bakı”nı çalışdırıb.

Xəbər xətti