"Lukakunun transferi ilə bağlı Droqbadan zəng gözləyirəm"

19:33 - 14 Aprel 2017

"Everton"dan ayrılmaq istədiyi iddia edilən Romelu Lukaku haqda baş məşqçi Ronald Kumandan açıqlama gəldi.

 

Sportal.az xəbər verir ki, hollandiyalı baş məşqçi Lukakunun hansı komandaya gedəcəyini bilmədiyini, ancaq bu məsələdə üçün "Çelsi"nini sabiq futbolçusu Didye Droqbanın məlumatlı olduğunu söyləyib:

 

"Lukakunun hansı kluba getmək istədiyini bilmirəm. Bu məsələ ilə bağlı Didye Droqbada telefon zəngi gözləyirəm. Bəlkə də Lukakunun hansı komandaya gedəcəyini mənə söyləyər".

 

Kuman Lukakunu dünynanın ən güclü hücumçularından biri adlandırıb:

 

"Lukaku dünyanın ən yaxşı hücumçularından biridir. O, "Everton"un açar futbolçusudur. Onu komandamızda saxlamaq üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, Lukaku bu mövsüm 33 oyunda 24 qol vurub və 7 assist edib.

Xəbər xətti