“Traktor Sazi” 4 oyunluq həsrətə son qoydu

00:15 - 15 Aprel 2017

İran çempionatında 27-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, Təbrizin “Traktor Sazi” klubu səfərdə “Padideh Şandiz”lə qarşılaşıb. 4 oyundu qələbəyə həsrət olan “qırmızı qurdlar” səfər oyununda mənfi seriyaya son qoyub.

 

Hadı Məhəmmədinin oyunun 9-cu dəqiqəsində vurduğu qol matçda yeganə olub - 1:0. 

 

27 turdan hesabında 50 xal olan “Traktor Sazi” 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti