"Mançester Yunayted"in futbolçusu mövsümü başa vurdu

"Mançester Yunayted" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın aparıcı futbolçusu Xuan Manuel Mata mövsümü erkən başa vurub. 

 

Bu barədə məlumatı komandanın baş məşqçisi Joze Mourinyo verib. Təcrübəli mütəxəssis bildirib ki, ötən ay əməliyyat olunan futbolçu mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. Mourinyo ispaniyalı yarımüdafiəçinin may ayının sonunda fərdi məşqlərə başlayacağını deyib. 

 

Qeyd edək ki, Mata bu mövsüm komandanın heyətində 11 məhsuldar ötürmə və 6 qolla yadda qalıb.

Tarix: 15 Aprel [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2017
23  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio