"Sumqayıt" - "Zirə" matçında heç-heçə, "Neftçi" AZAL-ı darmadağın etdi YENİLƏNİB

20:20 - 15 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib. Günün ilk matçında “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edib. Qarşılaşma 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Digər görüşdə isə AZAL “Neftçi”nin qonağı olub. Bu görüş isə meydan sahiblərinin 4 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

15 aprel (şənbə)

 

16:30. “Sumqayıt” – “Zirə” 1 - 1

QOL: Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (pen)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim inspektor: Məlik Həsənov
Sumqayıt. Şəhər stadionu


18:30.“Neftçi” – AZAL 4:0

QOL: Zdenek Folprext, 13, Daniel Seqovia, 17, İqnasio Herrera, 35, Rəhman Hacıyev, 55
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim inspektor: Əhmədağa Cabbarov
8-ci kilometr qəsəbə stadionu

Xəbər xətti