Dmitri Nazarovun növbəti şansı

12:15 - 15 Aprel 2017

Almaniya 2-ci Bundesliqasında 29-cu tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" səfərdə "Nürnberq"in qonağı olacaq. Matç Bakı vaxtı ilə 15:00-da start götürəcək.

 

Son oyunlarda inamlı çıxış edən Nazarovun matça start heyətdə başlayacağı gözlənilir.

 

Qeyd edək ki, II Bundesliqanın turnir cədvəlində "Aue" 32 xalla 15-ci, "Nürnberq" isə 35 xalla 8-cidir.

Xəbər xətti