Qənirə Paşayevadan "Turan Tovuz"a dəstək

12:55 - 15 Aprel 2017

"Turan Tovuz" futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda sonra iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, Əsgər Abdullayevin finişə birinci çatması tovuzlulara bayram ab-havası yaşadıb.

 

Buna Tovuzun millət vəkili Qənirə Paşayeva da biganə qalmayıb. O, sevimli komandasının çempionluğuna belə şərh bildirib:

 

“Turan Tovuz”u təbrik edirəm. Bu qələbə futbolsevərləri sevindirən bir xəbər oldu. "Turan” ölkəmizin köklü klublarından biridi. Hər kəs etiraf edir ki, Tovuz Azərbaycanın futbol ənənələri olan rayonudu. Bəziləri “Turan”ın uğurlu günlərinin bitdiyini, artıq daha da zəifləyəcəyini düşünürdü. Amma komanda bir daha hər kəsə göstərdi ki, bütün maddi problemlərə, çətinliklərə baxmayaraq, Tovuzun futbol ənənəsi yaşayır və “Turan” böyük uğurlara imza atacaq bir klubdu. Onlar bu gün artıq Azərbaycan I divizionunun çempionudular. Bununla “Turan”ın Premyer Liqaya gedən yolu da açılır. İnanırıq ki, komandanın oraya yenidən qayıdışı da möhtəşəm olacaq. Böyük uğurlar qazanacaq. Biz hamımız komandamızın yanındayıq”.

 

Millət vəkili hamını "Turan"a dəstək olmağa çağırıb: "Əziz tovuzlular, əziz Tovuzun iş adamları, zəngin və imkanlı insanları, sizin hamınıza çağırış edirəm. Gəlin, hamımız daha çox “Turan”ın yanında olaq. Çünki onlar bir daha göstərdi ki, əgər komandanın yanında dəstəyimizlə bir az olarıqsa, o çox böyük uğurlar qazanar. Ona görə də mən sizin hamınızı “Turan”a dəstək olmağa çağırıram. Çünki onların qələbəsi, zəfəri, inkişafı Azərbaycan futbolunun da inkişafıdı”.

Xəbər xətti