Ayxan Abbasov: "Danışmaq çətindi"

18:57 - 15 Aprel 2017

Azərbaycan Premyer Liqasında baş tutan “Sumqayıt” – “Zirə” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.

 

- Danışmaq çətindi, son dəqiqələr çox həyəcanlı keçdi. Oyunun belə alınacağını gözləyirdik və buna hazır idik. Ümumiyyətlə, “Sumqayıt”dan yaxşı oynadıq. Əsas problemimiz qol vurmaq idi. Bilirik ki, sona qədər mübarizə gedəcək və çalışacağıq ki, sona qədər mübarizə aparaq.

Xəbər xətti